Abel Məhərrəmovun oğlu İspaniya kralının qəbulunda - FOTO

Abel Məhərrəmovun oğlu İspaniya kralının qəbulunda - FOTO

9 Sentyabr 2016 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında Azərbaycan, Argentina, Boliviya, Qvatemala, Monqolustan və Ukraynanın yeni təyin olunan səfirlərin etimadnamələrini qəbul edib. Bu barədə "Report" "Latin American Herald Tribune"ya istinadən xəbər verir. Azərbaycanın İspaniyadakı yeni səfiri Anar Məhərrəmov etimadnaməsini VI Filippə təqdim edib. Mərasimdən sonra səfir İspaniyanın xarici işlər naziri ilə görüşüb və ikitərəfli münasibətlərin inkişaf məsələlərini müzakirə edib. Qeyd edək ki, səfir Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur.

Medainfo.az