Qəddafinin muzdlu döyüşçüləri hesab edilən 5 min əcnəbi həbs olunub

Qəddafinin muzdlu döyüşçüləri hesab edilən 5 min əcnəbi həbs olunub

5 Sentyabr 2011 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Tripolidə Müəmmər Qəddafinin qüvvələri tərkibində muzdlu döyüşçülər hesab edilən 5 minədək əcnəbi həbs olunub. Liviyalı üsyançılar bu barədə açıqlama veriblər. Təlim mərkəzində saxlanan əcnəbilər arasında olan 19 Ukraynalı günahsız olduqlarını və neft şirkətində çalışdıqlarını iddia edirlər. Əcnəbilər avqustun 21-də üsyançıların paytaxt Tripoliyə daxil olmasından sonra həbs olunublar. Liviyadakı Rusiya və Ukraynalı diplomatlar qrupa baş çəkiblər.

"Human Rights Watch" insan haqları təşkilatı isə üsyançı liderləri Liviyada çalışan Afrikalı və qara dərili miqrantların təsadüfi həbslərini dayandırmağa, muzdlu döyüşçülərlə bağlı halların araşdırılması üçün müvafiq ədliyyə sistemi yaratmağa çağırıb. Təşkilatın məlumatına görə Qəddafi rejiminin Çad, Sudan və digər Afrika ölkələrindən yüzlərlə muzdlu döyüşçü tutduğu ilə bağlı dəlillərə malik olsalar da, bu, kütləvi həbslər üçün əsas ola bilməz.

Öz növbəsində Milli Keçid Şurası üsyançıları dustaqlara qarşı zorakılıq hallarına yol verməməyə çağırıb və cinayətdə ittiham olunanların ədalətli mühakiməsinə söz verib.

Əvvəl Qəddafinin qəddini əydilər, sonra da silahdaşlarının.

Tofiq Əliyev

O.M.