Britaniyanın Baş naziri Qəddafinin oğlu ilə dost imiş

Britaniyanın Baş naziri Qəddafinin oğlu ilə dost imiş

5 Sentyabr 2011 13:09
Bəyəndim (0) Bəyənmədim (0)
Saif əl İslam Qəddafi Britaniyada doktorluq dissertasiyasını müdafiə edib

Bu günlərdə Britaniyanın MİGnews.com saytı sensasion bir xəbər yaydı. Məlum oldu ki, Birləşmiş Krallığın sabiq Baş naziri Toni Bleyer Liviya diktatoru Müəmmar Qəddafinin oğlu Saif əl İslamla yaxın münasibətlərdə imiş. Sən demə, Baş nazir eks diktatorun oğluna məşhur London İqtisadiyyat Məktəbində (LSE) doktorluq dissertasiyasını müdafiə etməkdə yaxından kömək edib. O da məlum olub ki, onlar mütəmadi surətdə yazışırmışlar. Bu barədə məxfi sənədlər Britaniyanın Tripolidəki səfirliyinin dağıdılmış binasından tapılıb. MİGnews.com saytının dərc etdiyi məktublarda Toni Bleyer mühəndis Saif Qəddafi haqda xoş sözlər yazır və ona dissertasiyasının bir bölümünü göndərdiyi üçün təşəkkürünü bildirir. Baş nazir hətta oğul Qəddafiyə bir neçə ədəbiyyat göndərərək ona elmi axtarışlarını davam etdirməyi də məsləhət görür.

Məhz Bleyerin Baş nazir işlədiyi dövrlərdə, daha doğrusu, 2004-cü ildə Böyük Britaniya Liviyanın dünya ictimaiyyətinə qayıdışı yolunda beynəlxalq hərəkata başçılıq edirdi.
Xatırladaq ki, Britaniyanın Liviyadakı səfirliyinin binasından sabiq Baş nazirin məktubları ilə yanaşı, iki ölkənin kəşfiyyat orqanlarının sıx əməkdaşlıq etdikləri barədə inkarolunmaz sənədlər də tapılıb.

Bu da Qərb dəyərlərinin növbəti göstəricisi. Heç təsadüfi deyil ki, günəş məhz qərbdə batır...

Natiq Qocaman

O.M.