Prezident yol açılışında - Fotolar

Prezident yol açılışında - Fotolar

8 Sentyabr 2016 14:34
Bəyəndim (0) Bəyənmədim (0)
Açılışdan sonra prezident Xudat şəhərinin bir qrup sakini ilə görüşüb

Prezident İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışında iştirak edib.

Pezidentə məlumat verilib ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb.

Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Açılışından sonra prezident Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

Prezident sakinlərlə görüşdü  -  Fotolar

Prezident sakinlərlə görüşdü  -  Fotolar
Prezident sakinlərlə görüşdü  -  Fotolar
Prezident sakinlərlə görüşdü  -  Fotolar
Prezident sakinlərlə görüşdü  -  Fotolar

Mediainfo.az