Cəlilabadda 25 yaşlı oğlanı ilan sancıb

Cəlilabadda 25 yaşlı oğlanı ilan sancıb

8 Sentyabr 2016 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda ilan sancma hadisəsi baş verib Hadisə rayonun Qarağac kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Məntiq İsbarov örüş sahəsində təsərrüfat işləri görərkən ilan onun sol ayağının pəncə nahiyəsindən sancıb.

Ətrafda heç kimin olmadığını görən zərərçəkmiş bir neçə yüz metrlik ərazini sürünərək yola çıxıb və elə oradaca huşunu itirib. Yoldan keçən sürücülərdən biri onu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Burada ona zəhər əleyhinə zərdab vurulub, digər zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir.

Mediainfo.az