SON DƏQİQƏ! Yanğın var! - QUBADA - FOTO

SON DƏQİQƏ! Yanğın var! - QUBADA - FOTO

8 Sentyabr 2016 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun Barlı kəndində Nəcəf Abbasova məxsus tövlə və bir ton ot yanıb. 6 baş iribuynuzlu heyvan vaxtında tövlədən çıxarılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub. Yanğın söndürülüb, onun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Digər yanğın hadisəsi isə təxminən yarım saat əvvəl Xudat şəhərinin girəcəyindəki yaşıllıq zolağında qeydə alınıb. Yanğının söndürülməsi üçün FHN-nin Xaçmaz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını əraziyə göndərilib. Yanğının daha geniş əraziyə yayılmaması üçün tədbirlər görülür.

Mediainfo.az