Vakant müəllim yerlərinə işə qəbul üçün yenidən müsabiqə elan edilib

Vakant müəllim yerlərinə işə qəbul üçün yenidən müsabiqə elan edilib

5 Sentyabr 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə təsviri incəsənət, musiqi və nəğmə, fizika, biologiya, tarix müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə qalan vakant yerlərə qəbul üçün yenidən müsabiqə elan edib. Qalan vakant yerlərdə işləmək istəyənlər sentyabrın 12-dək nazirliyə müraciət etməlidirlər. Müsabiqəyə imtahanda iştirak edərək keçid balını toplayanlar qatıla bilərlər. Orta məktəblərdə təsviri incəsənət fənni üzrə 6, musiqi və nəğmə fənni üzrə 13, fizika fənni üzrə 90, biologiya fənni üzrə 128 vakant müəllim yeri qalıb.

2011-2012-ci tədris ili üçün Azərbaycanın orta məktəblərində müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanılıb.

Müəllim peşəsi şərəfli peşədir.

Tofiq Əliyev

O.M.