Buşehr AES milli elektrik şəbəkəsinə qoşulub

Buşehr AES milli elektrik şəbəkəsinə qoşulub

5 Sentyabr 2011 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

İran dövlət televiziyası ölkənin ilk atom elektrik stansiyasının sınaq müddətində istismar üçün milli elektrik şəbəkəsinə qoşulduğu barədə məlumat yayıb. İranın nüvə rəhbərinin müavini Məhəmməd Əhmədiyən dövlət televiziyasına telefonla bağlanaraq xəbəri təsdiq edib. M. Əhmədiyən Buşehr Atom Elektrik Stansiyasının sınaq müddəti üçün milli elektrik şəbəkəsinə qoşulduğunu deyib. Onun sözlərinə görə, bununla bağlı mərasim bu gün keçiriləcək. Qeyd edək ki, İranın cənubunda Rusiyanın inşa etdiyi Atom Elektrik Stansiyasının şəbəkəyə qoşulması texniki səbəblərdən bir neçə dəfə təxirə salınmışdı.

Tofiq Əliyev

O.M.