Milli Məclisin komitə iclasları başlayır

Milli Məclisin komitə iclasları başlayır

7 Sentyabr 2016 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları öz işinə başlayır.

MM-dən KİV-ə verilən məlumata görə, sentyabrın 8-da ilk olaraq İctimai birliklər və dini qurumlar komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçiriləcək. Daha sonra digər komitələrin iclaslarına start veriləcək.

Sentyabrın 30-da isə MM-in payız sessiyasının ilk plenar iclası olacaq.

Mediainfo.az