Bölük komandiri 9 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan Ordusunun korrupsiyada ittiham olunan zabitinə hökm oxunub. Bu barədə APA-ya Tərtər Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, Müdafiə Nazirliyinin Naftalanda yerləşən "N" saylı hərbi hissəsinin bölük komandiri, baş leytenant Elvin Ağayev Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma), 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı), 179.2.3-cü (mənimsəmə və ya israf etmə - öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə zabit, həmçinin hərbi rütbədən məhrum edilib.
Artıq tamah hər zaman baş yarır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər




















































.jpg)
.jpg)
.jpg)











.jpg)














.jpg)
.jpg)
.jpg)










