"Avto Radio"ya yeni rəhbər təyin olunub

"Avto Radio"ya yeni rəhbər təyin olunub

7 Sentyabr 2016 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) aid 107.7 FM dalğasında yayımlanan "Avto Radio"ya rəhbər təyin olunub.

Cavid Neymətzadə radionun direktor vəzifəsinə təyinat alıb.

C. Neymetzadənin radio sahəsində 15 ilə yaxın təcrübəsi var. O, "Space", "ANS ÇM", "106 FM" və "Avto FM" radiolarında aparıcı və digər vəzifələrdə çalışıb. Bundan əlavə, C. Neymətzadə "Bakı Sığorta" şirkətinin marketinq departamentinin rəhbəri, "Nurgun Şirkətlər Qrupu"nun ictimai əlaqələr üzrə mütəxəssisi və digər müxtəlif şirkətlərdə marketoloq kimi çalışıb.

C. Neymətzadə təyinatı şərh edərkən bildirib ki, "Avto Radio"nun əsas məqsədi Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdir: "Yeniliklərə gəldikdə, tam əminliklə deyə bilərəm ki, "Avto Radio"nun musiqi, proqram və xəbər formatı tamamı ilə dəyişəcək və digər radiolardan fərqlənəcək".

Mediainfo.az