Bakıda sələmçidən 70 nəfərə dələduzluq - Şikayət

Bakıda sələmçidən 70 nəfərə dələduzluq - Şikayət

7 Sentyabr 2016 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Balaxanı qəsəbəsində yaşayan Tahir Şükür oğlu Cəfərov qeyd edib ki, sürücüdür. Onun sözlərinə görə, 2013-cü ilin noyabrında pul lazım olduğundan Sabunçu rayonu, "Vişnovka" qəsəbəsində yanacaqdoldurma stansiyasının yanında yaşayan sələmçi Əliyev Əliyar Cahangir oğlundan aylıq faizi 250 manat olmaq şərtilə 5000 (beş min) manat alıb:

"4 ayın pulunu ardıcıl olaraq qaytardım. Sonrakı 3 ayı qaytara bilmədiyimə görə Əliyev məni hədələyərək pulu qaytarmağımı tələb etdi.
Dedim ki, mənə məxsus "Mercedes-814"markalı, 90-343 dövlət nömrə nişanlı avtomobilimi satıb sənin pulunu qaytararam, narahat olma. Əliyar avtomobilin qiymətini soruşdu.

Bazar qiymətinin 16 000 AZN olduğunu bildirdim. Qeyd etdi ki, avtomobili ona verim. 5000 manatı və qalan faizin pulunu (750 manatı) çıxmaqla qalan pulu mənə geri qaytaracaq.

Mən, şahidlər olan Hüseynov Rafiqin, Hüseynov Familin, Şıxməmmədov Ceyhunun, İbadətin şahidliyilə razılaşdım. 2014-cü ilin aprel-may aylarında Əliyar qəfil olaraq avtomobilimi xəbərim olmadan evakuatora mindirərək aparıb satıb.

Sonradan mənə avtomobili onun adına qeydiyyata salmağı da təhrik edib. Naəlac qalıb sənədləşdirdim. Budur, aradan 2 ildən çox vaxt keçməsinə baxmayaraq Əliyar mənim pulumu qaytarmır.

Lakin hər dəfə məni min bir bəhanə ilə yola salır. Bəhanələri də bu olur ki, kiməsə pul vermişəm, qoy qaytarsın pulunun hamısını verəcəyəm".

Şikayətçi süründürməçilikdən təngə gəlib Əliyar haqqında bəzi araşdırmaları aparıb. Məlum olub ki, onu kimi qubalı Azərə də sələmə pul verib, sonra ona məxsus olan NİVA markalı avtomobilini zorla əlindən alıb mənimsyib.
Şamaxılı Rizvana da əvvəlcə pul verib və sonra ona məxsus VAZ 2102 markalı furqon avtomobilini də mənimsəyib. Zərəçəkmişlər qeyd edirlər ki, hazırda Əliyarın adında 70-ə qədər belə avtomobil var.

Bu yaxınlarda məlum olub ki, o yenə faizə pul verdiyi Əliyev Mahir Həsənbala oğlunu, Qədirov Cahandar Əzizxan oğlunu və Şahmərdanov Amil Zakir oğluna da faizə yüksək məbləğdə pul vermiş və sonradan onları da pulu geri qaytarmağı tələb etmiş, hədə-qorxu gəlib. (politika)

Mediainfo.az