Bakıda ağır qətl törədilib

Bakıda ağır qətl törədilib

5 Sentyabr 2011 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Xətai rayonunda dəhşətli qətl törədilib. Qubanov küçəsi, 25 ünvanında yerləşən yaşayış binasının zirzəmisində Nərimanov rayon sakini 1947-ci il təvəllüdlü Viktor Bıkov və onun bacısı qızı Svetlananın qətlə yetirilməyə xarakterik olan meyitləri tapılıb. Hadisə yerinə əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı hadisəni Bakı şəhər sakini Abaydulin Nail Rəşidoviç tərəfindən törədildiyi müəyyənləşib. Həyata keçirilən tədbirlər nəticəsində N. Abaydulin saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu ən böyük cinayət və günahdır.

Tofiq Əliyev

O.M.