Ermənilər atəşkəsi yenə də pozub

Ermənilər atəşkəsi yenə də pozub

5 Sentyabr 2011 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 4-də saat 20.05-dən 20.20-dək və sentyabrın 5-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.15-dən 00.35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.40-dan 05.50-dək isə Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən. (A.S.Puşkin)

Tofiq Əliyev

O.M.