Lənkəranda zəhərlənənlərdən 10 nəfərinin vəziyyəti ağırdır

Lənkəranda zəhərlənənlərdən 10 nəfərinin vəziyyəti ağırdır

6 Sentyabr 2016 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran rayonunda zəhərlənənlərdən 10 nəfərinin vəziyyəti ağırdır.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) İnfeksion şöbəsinə yerləşdirilən 59 nəfərdən 49 nəfər ambulator muayinəyə buraxılıb.

"Digər 10 nəfər isə nəzarət altındadır", - xəstəxanadan bildirilib.

Xatırladaq ki, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 59 nəfər daxil olub. Xəstələrin əksəriyyətini 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də olub.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin "Report"a verdiyi açıqlamaya görə, zəhərlənmənin kənd ərazisindəki içməli su mənbəyinin başqa bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. O hazırda nümunələrin Bakıya göndərildiyini və yalnız müayinənin nəticələrindən sonra dəqiq diaqnoz söyləməyin mümkün olduğunu deyib. (report)

Mediainfo.az