Vəkilləri Rusiyada həbsdə olan tanınmış azərbaycanlı iş adamına bəraət istəyir

Vəkilləri Rusiyada həbsdə olan tanınmış azərbaycanlı iş adamına bəraət istəyir

5 Sentyabr 2016 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada "Uxtaneftqazgeologiya" ASC-nin keçmiş baş direktoru, Azərbaycan diasporunun Komidəki liderlərindən olan biznesmen Arif Sayadov barəsində məhkəmə hökmündən hər iki tərəf şikayət verib.

Apa-nın "kommersant"a istinadən verdiyi məlumata görə, prokurorluq "Uxtaneftaqazgeologiya" şirkətinin keçmiş baş direktoru ilə bağlı verilmiş 4 il azadlıqdan məhrum etmə qərarını həddindən artıq yumşaq hesab edir.

Müdafiə tərəfi isə müttəhimə tam bəraət istəyir.

Arif Sayadov özü də günahsız olduğunu bildirir. Bundan başqa, keçmiş baş direktorda onkoloji xəstəlik qeydə alınsa da, nümayəndələrinin bildirdiyinə görə, o, lazımi yardım almır.

Qeyd edək ki, 65 yaşlı A. Sayadov barəsində məhkəmə 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, milyonlarla vəsaitin mənimsənilməsi və çirkli pulların yuyulmasında ittiham edilir. Onun vəkilləri isə qeyd ediblər ki, ittihamlar əsassızdır, söhbət ancaq sənədləşmə zamanı yol verilən səhvlər nəticəsində ortaya çıxan rəqəmlərdən gedir.

Bu ilin may ayında isə Rusiyanın Komi Respublikasının Uxta Şəhər Məhkəməsi azərbaycanlı iş adamı Akif Sayadovu 3 milyon rub məbləğində girov qarşılığında həbsdən azad edib.

O, ev dustaqlığına məhkum edilib.

Prokurorluq məhkəmənin bu qərarından şikayət verib. Yuxarı instansiya məhkəməsi prokurorluğun şikayətini təmin edib. Hazırda A. Sayadov Sıktıvkar şəhər xəstəxanasının məhkumlar üçün olan bölümündə xərçəng xəstəliyindən müalicə olunur.

Mediainfo.az