Milli Şuranın mitinqinə icazə verilməyəcək - Təfərrüat

Milli Şuranın mitinqinə icazə verilməyəcək - Təfərrüat

5 Sentyabr 2016 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Şuranın 11 sentyabr mitinqinə icazə verilməyə bilər

Müxalif qüvvələrin referendum əleyhinə icazəli nümayiş keçirmək üçün Bakı meriyasına etdiyi müraciətə müsbət cavab verilməyəcəyi bildirilir. Buna səbəb kimi iki səbəb göstəriləcəyi vurğulanır.

Belə ki, həmin gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Beynəlxalq diqqətin Bakıda olduğu tarixdə müxalifətin mitinq keçirməsi münasib hesab edilmir. Həmçinin, bu tarixə Qurban bayramı təsadüf edir.

Qaynağımız qeyd edib ki, meriya tərəfindən müraciətə rəsmi şəkildə rədd cavabında səbəb belə izah olunacaq: referendumun lehinə və yaxud əleyhinə təbliğat aparmaq Seçki Məcəlləsi ilə tənzimlənir.

Seçki Məcəlləsində isə göstərilir ki, bu cür təbliğatın aparılması üçün mütləq təşviqat qrupu yaradılmalıdır. Milli Şura təşviqat qrupu yaratmadığı üçün ayrı təbliğat vasitəsi qanunsuz hesab edilir.

"Azərbaycanda hər dəfə hansısa böyük beynəlxalq tədbir keçiriləndə Milli Şuranın yadına mitinq düşür. Bunların xisləti həmişə ondan ibarət olub ki, Azərbaycanda böyük tədbirlər keçirilən vaxt bunlar da mitinq keçirsinlər".
Milli Şuranın mitinqinə icazə verilməyəcək
Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın sentyabrın 11-də mitinq keçirmək istəyinə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Milli Şura beynəlxalq tədbirlər vaxtı mitinq keçirməklə diqqəti cəlb etmək istəyir. S.Novruzov vurğulayıb ki, bəzi qüvvələr Azərbaycanın inkişafından, beynəlxalq tədbirlər məkanına çevrilməsindən narahatlıq keçirir. (politika)

Mediainfo.az