ANS-dən əməkdaşlarının dağılışmasına reakiya

ANS-dən əməkdaşlarının dağılışmasına reakiya

5 Sentyabr 2016 10:18
Bəyəndim (0) Bəyənmədim (0)
Mais Məmmədli: "ANS-ə vəfa borcum var"

"ANS-çilərin dağılışması, başqa yerlərdə işə başlaması barədə yazılanlar qırmızı yalandır. ANS-dən 1-2 nəfər başqa yerdə işə başlayıb. Yüzlərlə əməkdaşdan 1-2 nəfər! Faiz də çıxara bilmədiyim qədər kiçik rəqəmdir"

Bunu ANS-in əməkdaşı Mahir Məmmədli telekanal əməkdaşlarının kütləvi şəkildə özünə iş axtarması haqda yazılanlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ANS-də hamı yerindədir: "Hamı gözləyir. İş yerinə gedib-gəlməyə yol pulu olmayanlar da.

Heç kim iş axtarmır. Hamımızın sönük də olsa ümidi var. İnanırıq ki, Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü müstəqilliyi ilə yaşıd olan, onun müstəqillik tarixini səlnaməsini yaradan ANS-siz qarşılamayacaq".

M.Məmmədli radiolardan birinə müraciət etdiyi barədə şayiələri da yalanlayıb: "Mən iş axtarmıram. Nə vaxt rəhbərlik desə ki, artıq bizə lazım deyilsiniz, gedin özünüzə iş tapın, onda axtaracam. İş vacibdir. Amma ANS-ə olan vəfa borcum ondan da vacibdir".

Xatırladaq ki, bəzi əməkdaşlar artıq başqa kanalda fəaliyyətə başlayıblar. Onların əksəriyyətini "Region TV" qəbul edib.

Məsələn, "Şəbəkə " verilişinin aparıcısı Rahil Sayadoğlu, "Xəbərçi" verilişinin aparıcısı Natiq Nailoğlu yeni mövsümdə artıq adı çəkilən kanalda fəaliyyət göstərəcək.

Analıq məzuniyyətindən qayıdan Xoşqədəm Hidayətqızı da "Xəzər" televiziyasında fəaliyyət göstərəcək. Onun qeyd olunan kanaldakı layihəsi "Səni axtarıram araşdırmaçı-jurnalist Xoşqədəmlə" adlanır.

ANS TV-nin daha bir aparıcısı, hələ mart ayından bu kanalda fəaliyyətinə son qoyan Xanım Yadigarlı da "Xəzər" televiziyasında çalışacağını açıqlayıb. FƏTÖ-ya dəstəkdə ittiham olunan media orqanını yenidən işinə başlayacağı ən azı yaxın gələcəkdə görünmür. (politika)

Mediainfo.az