Rusiya FHN-nin idarə rəisi təbii fəlakət zonasında ölüb  - FOTO

Rusiya FHN-nin idarə rəisi təbii fəlakət zonasında ölüb - FOTO

4 Sentyabr 2016 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk üzrə Baş İdarəsinin rəisi Oleq Fedyura təbii fəlakət zonasında ölüb.

Hadisə Çuquyevsk rayonunda Uborka qəsəbəsi yaxınlığında baş verib.

Regionda baş verən qasırğanın nəticələrinin aradan qaldırılması üçün əhalinin evakuasiya edilməsi məqsədi ilə göndərilən "KamAZ" maşını xilasedicilərlə birlikdə Pavlovka çayında batıb. Həmin xilasedicilərin arasında O. Fedyura da var. Hadisə yerinə əlavə axtarış-xilasetmə bölmələri göndərilib. (apa)

mediainfo.az