Hacıyev 8 milyardı ölkədən 2 kanalla çıxarıb!

Hacıyev 8 milyardı ölkədən 2 kanalla çıxarıb!

4 Sentyabr 2016 12:56
Bəyəndim (0) Bəyənmədim (0)
Nazir Şərifov hara baxıb?

iyə ötən 6 il ərzində Maliyyə Nazirliyinin vəzifəli şəxsləri bir dəfə Hacıyevin dövlətin pullarını ofşorlarda yaradılmış şirkətlər vasitəsilə mənimsədiyini açıqlamayıblar? Bilməyiblərsə, o vəzifədə niyə oturublar?

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar bankın İdarə Heyətinin sabiq sədri və onunla birlikdə təqsirləndirilən şəxslərin işi üzrə keçirilən iclaslarda Maliyyə Nazirliyinin rəhbər şəxsləri haqqında deyilənlərə münasibət bildirməsi üçün "APA-Economics" nazirliyin mətbuat katibi Mayis Piriyevə müraciət edib.

Bankın İdarə Heyətinin sabiq sədrinin keçirilən məhkəmə iclaslarında Maliyyə Nazirliyinin rəhbərliyinin ünvanına səsləndirdiyi ittihamlarla əlaqədar nazirliyin mətbuat katibi deyib ki, bir qayda olaraq qurum səfehləmələrə münasibət bildirmir və bu tip açıqlamaların səviyyəsi hər hansı bir ciddi reaksiya da tələb etmir.

Açıqlamada daha sonra deyilir: "Yeganə olaraq qeyd edə bilərik ki, müttəhim kürsüsündə əyləşən bankın sabiq rəhbərinin həqiqəti əks etdirməyən və hər hansı fakta söykənməyən boğazdan yuxarı "açıqlamaları" törətdiyi cinayətləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini törətdiyi və bu gün məhkəmə predmeti olan əməllərindən yayındırmaq və mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi ilə istifadə edilən ucuz fəndlərdən başqa bir şey deyil.

Həmin uğursuz fəndlər və manevrlər də nəticə etibarı ilə məhz özünü ifşaedici xarakter daşıyır. Belə ki, həmin şəxsin məhkəmə iclasında etiraf etdiyi kimi, qaytarılmayan kreditlərin ayrılması bilavasitə onun şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilmişdir. Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulmuşdur (limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi). Bir çox hallarda isə kreditlər bankın İdarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və nəticə etibarı ilə sahibliyi ona məxsus olan müxtəlif ofşor şirkətlərə (Lüksemburqun adını o təsadüfən çəkməyib) ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilmiş və ya nağdlaşdırılaraq mənimsənilmişdir".

Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq 1,5 mln manat limitindən yuxarı məbləğlərdə hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verilmişdir ki, bunların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib: "Eyni zamanda, bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunmuşdur. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmamış qalmaqdadır".

O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, M. Piriyev deyib ki, bunların sayı 7, ümumilikdə məbləği isə 250 milyon ABŞ dolları və 261 milyon manat təşkil edib ki, bugünkü tarixə qeyd olunan kreditlərin hamısı bağlanıb.

samir-Beləliklə, məlum olur ki, Cahangir Hacıyev son 6 ildə – neftdən ölkəyə böyük pulların daxil olduğu illərdə Azərbaycandan 5 milyard dollar çıxarıb. Bu pulların ofşorlarda yaradılmış şirkətlər vasitəsilə Hacıyevin hesablarına oturdulduğu iddia edilir. Məhkəmə prosesindən isə belə məlum olur ki, Hacıyev bunu inkar edir. Yəni, həmin pulları qaytarmaq niyyətində deyil.

Maraqlı digər məsələ, Beynəlxalq Bankın Müşahidə Şurasına rəhbərlik edən Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin, şəxsən nazir Samir Şərifovun buna niyə vaxtında müdaxilə etməməsidir. Niyə ötən 6 il ərzində Maliyyə Nazirliyinin vəzifəli şəxsləri bir dəfə Hacıyevin dövlətin pullarını ofşorlarda yaradılmış şirkətlər vasitəsilə mənimsədiyini açıqlamayıblar? Bilməyiblərsə, o vəzifədə niyə oturublar? Deməli bacarmırlar, dərhal istefa verməli, cinayətkar səhlənkarlığa görə, məsuliyyətə cəlb edilməlidirlər!

Bilib susublarsa, cinayəti gizlədiblər. Bu isə cinayətə ortaq olmaqdır, yenə məsuliyyətə cəlb olunmalıdırlar!

Hər halda ortada DÖVLƏTİN 5 MİLYARDI gedib. Buna görə manat devalvasiyaya uğrayıb, ölkədə sürətli bahalaşma var, böhranlı vəziyyət yaranıb. Maliyyə Nazirliyinin rəhbərliyindən isə məsuliyyətə cəlb olunan yoxdu! Bu nə qədər ədalətlidir? Sadə xalq nəyə görə, Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin məsuliyyətsizliyinə və ya hansısa səbəbdən Hacıyevin ölkədən 5 milyard çıxarmasına şərait yaratdıqları üçün ağır vəziyyətə düşməlidir?

Maliyyə Nazirliyi və şəxsən nazir Samir Şərifovun bütün məsuliyyəti Hacıyevin üzərinə atan açıqlamaları başadüşüləndir. Ancaq artıq bu nağıllara son verilməlidir. Yuxarıda qoyduğumuz suallara cavab verilməlidir. Maliyyə Nazirliyi, şəxsən nazir Samir Şərifov hara baxırdı?

BUNA GÖRƏ SİVİL ÖLKƏLƏRDƏ NƏLƏR BAŞ VERƏRDİ?

Qeyd edək ki, iqtisadçı ekspertlər də məsuliyyəti yalnız Hacıyevin daşımadığı qənaətindədir.
Hacıyev 8 milyardı ölkədən 2 kanalla çıxarıb!
Maliyyə Nazirliyinin son açıqlaması o deməkdir ki, ölkədə 6 il ərzində nə bank-maliyyə nəzarəti, nə də valyuta-gömrük nəzarəti sistemi işləyib. Bu funksiyaları həyata keçirən Mərkəzi Bank, Maliyyə Nazirliyi və gömrük orqanları üzərilərinə düşən adi vəzifələrini belə icra etməyiblər". Bunu Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ittihamlarına Maliyyə Nazirliyinin cavabını şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.

Ekspert "Turan"a açıqlamasında Maliyyə Nazirliyinin bir çox kölgəli məsələlərə işıq tutduğunu ifadə edib: "Bəlli olur ki, Beynəlxalq Bank 2009-cu ilin oktyabrından 2015-ci ilin martınadək yaxınlarına zəmanətsiz 1.3 milyard manat, 1.4 milyard dollar və 300 milyon avro verib, ölkədən 3.7 milyard dollar, 1.1 milyard avro çıxarıb. Cənubi Qafqazın ən böyük bankında rasional idarəçilik deyil, məqsədyönlü talançılıq olub, nəticədə dövlət maliyyə sisteminin balansı pozulub, bank sisteminin "onurğa sütunu" zədələnib".

Q.İbadoğluna görə, bu, sivil ölkələrdə baş versəydi, maliyyə-bank, valyuta nəzarətinə məsul olan bütün orqanların rəhbərləri istefa verər, onlar dərhal məsuliyyətə cəlb olunardı. Ekspert güman edir ki, həmin vəsaitlər ölkədən çıxarılmasaydı, hazırda milli valyutanın durumu da acınacaqlı olmazdı.

8 MİLYARD ÖIKƏDƏN 2 KANALLA ÇIXARILIB

Digər iqtisadçı-ekspert Samir Əliyev sual edir ki, Beynəlxalq Bankın Müşahidə Şurası (Maliyyə Nazirliyi) niyə 6 il müddətində zəruri tədbir görməyib?
"Qanunsuzluqları sadalamaqla deyil, konkret tədbirlər görmək lazım idi. Bu işdə Müşahidə Şurası Cahangir Hacıyev qədər məsuliyyət daşıyır",
– ekspert belə hesab edir.
Hacıyev 8 milyardı ölkədən 2 kanalla çıxarıb!
Azadlıq radiosunun məlumatına görə, başqa bir iqtisadçı Rövşən Ağayev Beynəlxalq Bank vasitəsilə 8 milyard dollara yaxın vəsaitin iki kanalla mənimsənildiyini deyib: "Bir kanal ondan ibarətdir ki, ayrı-ayrı vətəndaşların adına iri məbləğdə kredit yazılıb, şəxsi məqsədlər üçün istifadə edilib. Sonra həmin vəsaitlərin xeyli hissəsi ümidsiz borc kimi rəsmiləşdirilib. Başqa kanal bu olub ki, ofşor zonalarda şirkətlər qeydiyyatdan keçirib, Bankın vəsaitlərini onların veksellərini almaq adı ilə ölkədən çıxarıblar. Həmin vəsaitləri xaricdəki şirkətlərinə və hesablarına yönəldiblər".

Ekspertin fikrincə, 8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala 20 illik səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir.
R.Ağayev hesab edir ki, bu qanunsuz işlərdə C.Hacıyev tək günahkar deyil. Ekspert vurğulayıb ki, Maliyyə Nazirliyi bütün günahları C.Hacıyevin üzərinə qoysa da, bu işə görə ölkənin bütün maliyyə sisteminin rəhbər şəxsləri, bütövlükdə hökumət məsuliyyət daşıyır.

HACIYEVİN GÜCLÜ HİMAYƏDARI OLUB
Hacıyev 8 milyardı ölkədən 2 kanalla çıxarıb!
Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, Cahangir Hacıyevin təqsirini maliyyə naziri Samir Şərifovun üzərinə atmağa cəhd etməsi gülüncdür. Uzun müddət bank sistemində işlədiyini xatırladan ekspert deyir ki, Beynəlxalq Bankın da necə fəaliyyət göstərdiyini bilir: "Dərəbəylik idi. Nə MB-lə hesablaşırdı, nə də Maliyyə Nazirliyi ilə. Halbuki qanuna görə birinci ona nəzarət edir, ikincisinə isə faktiki tabedir. MB-nin və Maliyyə Nazirliyinin əməkdaşlarını çox vaxt heç Beynəlxalq Bankın binasına belə buraxmırdılar. Bu baxımdan, Maliyyə Nazirliyinin verdiyi son bəyanatdakı məlumatlara etimad edirəm".

Lakin Ə.Həsənov əlavə edir ki, bütün bunlar Beynəlxalq Bankdakı biabırçılıqlara görə nə Elman Rüstəmovu, nə də Samir Şərifovu məsuliyyətdən tam azad etmir. Onun fikrincə, onların hüquqi olmasa belə, siyasi, mənəvi və peşəkar məsuliyyətləri var: "MB niyə sanksiya tətbiq etmirdi? Maliyyə Nazirliyi niyə tədbir görmürdü? Səlahiyyətləri var idi axı! Prezidentə məlumat verirdilər? Başa düşürəm ki, Cahangir Hacıyevin Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri) kimi güclü himayədarı olub, ondan çəkiniblər. Amma belə olduğu təqdirdə, yəni vəzifəni tam icra edə bilmirsənsə, bir yol da var – istefa. Ən azı, bunu etməyiblər. Bu baxımdan, Cahangir Hacıyevin ictimaiyyəti çaşdırmaq cəhdlərini qəti qəbul etmirəm, amma Elman Rüstəmovun və Samir Şərifovun da Beynəlxalq Bankın fəaliyyətinə görə heç məsuliyyət daşımamaları fikrini də qəbul etmirəm".

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.(azpolitika.info)

Mediainfo.az