Bakıda dəhşətli qəza: bir ailədən 3 nəfər öldü

Bakıda dəhşətli qəza: bir ailədən 3 nəfər öldü

4 Sentyabr 2016 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə paytaxtın Suraxanı rayonunda "QazEL" və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat qəza hadisəsi baş verib. Dəhşətli qəzada bir ailədən 3 nəfər həyatını itirib.

Lent.az-ın məlumatına görə, yük maşınlarının toqquşması nəticəsində, "QazEL"in sürücüsü, 1955-ci il təvəllüdlü Rzayev Pirican Əlif oğlu və sərnişinləri, sürücünün oğlu - 1992-ci il təvəllüdlü Rzayev Sahib Pirican oğlu ilə sürücünün yeznəsi, 1976-cı il təvəllüdlü Qəhrəmanov Elşad Qəni oğlu vəfat edib. "QazEL"in kuzasında olan Qədirov Tacəddin Mehralı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və maşınla cücə daşıyırmış. Gecə saatlarında Zığ qəsəbəsində kubiklə dolu "KamAZ" yoxuşa çıxa bilmədiyindən yolun hərəkət hissəsində dayanıb.

Nəticədə arxadan gələn "QazEL" həmin yük maşınına çırpılıb. "KamAZ"dakı kubiklər "QazEL"in üstünə tökülüb və maşının qarşı tərəfində oturaq halda vəfat edən şəxslərin cəsədlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.

Əməliyyat saat 04:51-də başa çatıb.

Mediainfo.az