İranın ölkəmizdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

İranın ölkəmizdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

2 Sentyabr 2011 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. APA-nın xəbərinə görə, Urmiya gölünün qurumasına İran dövlətinin laqeyd münasibətinə etiraz əlaməti olaraq keçirilən aksiyada Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan nümayəndəliyi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Səbail rayon təşkilatı və "Dalğa" Gənclər Təşkilatının nümayəndələri iştirak ediblər.

Aksiyada "Rədd olsun İran dövləti!", "Rədd olsun Xamneyi!", "İran məhv olacaq, yerində Turan olacaq, paytaxtı Təbriz olacaq!" şüarları səsləndirilib. Çıxış edənlər bildiriblər ki, UNESCO tərəfindən tarixi qoruq elan edilən Urmiya gölü diqqətsizlik üzündən yox olma səviyyəsinə çatıb, onun nadir flora və faunası isə məhv olmaq üzrədir. İran dövlətindən tələb edilib ki, gölün qurumasının qarşısını almaq üçün dərhal lazımi tədbirlər görülsün.

Polis aksiya iştirakçılarının plakat qaldırmasına və aksiyanın qətnaməsini səfirliyə təqdim etməsinə imkan verməyib. Bununla belə, aksiya dinc şəraitdə başa çatıb.

Su gələn arxa bir də gələr.

Tofiq Əliyev

O.M.