Maşını aşıran sürücü hadisə yerində öldü

Maşını aşıran sürücü hadisə yerində öldü

2 Sentyabr 2016 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Qobustanda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Kanal S (Region TV) xəbər verir ki, Bakı sakini 1979-ci il təvəllüdlü Hüseynov Anar Ramın oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Bakı-Qobustan avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Hüseynov Anar Ramin oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az