Sərnişində “Beşbarmaq” aşkarlanıb

Sərnişində “Beşbarmaq” aşkarlanıb

1 Sentyabr 2016 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşının baqajından "beşbarmaq" aşkar ediblər.

Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dalaman-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az