Sərxoş kişi iki polis əməkdaşını döyüb (?)

Sərxoş kişi iki polis əməkdaşını döyüb (?)

1 Sentyabr 2016 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Şabranda iki polis əməkdaşı xidmətdə olarkən döyülüb(?).

Apa-nın məlumatına görə, hadisə Şabran şəhərində qeydə alınıb. Şabran RPŞ PPi bölüyünün əməkdaşları Elçin Sadıqov və Savalan Məhərrəmov şəhər ərazisində xidmətdə olarkən sərxoş vəziyyətdə olan Siyəzən rayon sakini Musa Hüseynov tərəfindən döyülüblər. M. Hüseynov hər iki polis əməkdaşına xəsarət yetirib.

M. Hüseynov saxlanılıb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Mediainfo.az