Afinada metro işçiləri tətil edirlər

Afinada metro işçiləri tətil edirlər

2 Sentyabr 2011 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstanda işçilər yeni tətil mövsümünə başlayıblar. Belə ki, paytaxt Afinada metro işçiləri 24 saatlıq tətil elan ediblər. Həmkarlar ittifaqları tətilin mümkün ixtisarlar, işçilərin digər sahələrə keçirilməsi və iş yerlərinin sayının azaldılmasına etiraz əlaməti olaraq keçirildiyini bəyan edirlər. Metro işçilərinə 3 saat müddətinə Afina tramvaylarının əməkdaşları da qoşulacaq. Metro işçilərindən sonra aviadispetçerlər də tətil elan etməyi düşünürlər. Onların etiraz aksiyası sentyabrın 4-nə, yerli vaxtla saat 14:00-dan 18:00-dək planlaşdırılır. Qeyd edək ki, dövlət işçilərinin narazılığına hökumətin iqtisadi böhrandan çıxmaq məqsədilə həyata keçirdiyi sərt iqtisadi islahatlar səbəb olub.

Hamı bir nəfər üçün, bir nəfər də hamı üçün olmalıdır.

Tofiq Əliyev

O.M.