Terrorda şübhəli bilinən bir nəfər də həbs olunub

Terrorda şübhəli bilinən bir nəfər də həbs olunub

14 Aprel 2011 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Belarus polisi Belarusun paytaxtı Minsk şəhərində törədilən terror aktının təşkilində şübhəli bilinən bir nəfəri də həbs edib.

Belarus Milli Təhlükəsizlik naziri Vadim Zaytsev 20 yaşlı gəncin hücumda əli olduğunu etiraf etdiyini bildirib. Zaytsev həbs olunan gəncin adını açıqlamayıb və onun psixoloji problemləri olduğunu söyləyib. Daha sonra o, ABŞ rəsmilərinin terror aktını pislədiyini və qınandığını bildirib.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko dünən verdiyi mətbuat açıqlamasında hücumla bağlı 2 nəfərin həbs edildiyini və onların günahlarını etiraf etdiyini bildirmişdi.

Xatırladaq ki, terror hücumu nəticəsində 12 nəfər ölmüş, 200 nəfər yaralanmışdı. Dünən isə Belarusda həlak olanların xatirəsinə bir günlük matəm elan olunmuşdu.

Dəli hər şey deyə bilər. Ağıllı ona görə ağıllıdır ki, dəlinin dediklərinə inanmasın. İndiki şəraitdə kimin dəli, kimin ağıllı olduğunu bir Allah bilir...

Elvin Babayev

O.M.