“Hara istəyirsiniz gedin, arxamızda Arzu Rəhimov dayanıb” - Şikayət

“Hara istəyirsiniz gedin, arxamızda Arzu Rəhimov dayanıb” - Şikayət

1 Sentyabr 2016 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçayın Nizami küçəsi, döngə 2, ev 11 sakini Novruzov Rasim Əlövsət oğlu tərəfindən redaksiyamıza müraciət ünvanlanıb

Şikayət edən R.Novruzovun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin zabit əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edir:

"Röyal Musayev və Nuri Əzizov vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənə və oğlumun avtomobilinə vurduqları zərəri ödəmək istəmirlər.

Belə ki, 20 avqust 2016-cı il tarixində İsmayıllı-Göyçay magistral yolunda oğlum Kamrana məxsus VAZ-21099 markalı 10 DJ 904 nömrə nişanlı avtomobillə saatda 50 km sürətlə gedən zaman yolun tən ortasında dayanmış "Priora" markalı avtomobili ötüb keçmək istəyən zaman qəfil yolumuza çıxdı və nəticədə avtomobil qəzası baş verdi.

Həmin avtomobil Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Nuri Əzizova məxsus olsa da iş yoldaşı hərbi zabit Röyal Musayev idarə edirdi. Avtomobil qəzası nəticəsində xəsarət almışam".
Şikayətçi qeyd edir ki, onlara qarşı kobudluq edilib: "Hara istəyirsiniz gedin şikayət edin biz hərbiçiyik istədiyimizi edə bilərik, arxamızda Arzu Rəhimov dayanıb. Mən çox təssüf edirəm ki, Azərbaycan Respublikasında hərbiçi adına xələl gətirən belə zabitlər var.

Mən inanıram ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimov bu şikayəti obyektiv araşdırıb məsuliyyətsiz əməkdaşları barədə qanuni tədbirlər görəcək". (politika)

Mediainfo.az