MSK referendumla bağlı treninqlərə başladı - FOTO

MSK referendumla bağlı treninqlərə başladı - FOTO

1 Sentyabr 2016 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən etibarən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində trenerlər üçün treninqlərə başlanılıb.

Bununla bağlı bu gün Bakıda konfrans keçirilib.

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin rəhbəri Rövzət Qasımov deyib ki, bu il keçiriləcək referendum ilə əlqədar MSK 2 mərhələli treninq layihəsi hazırlayıb:

"Artq start götürmüş birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən iki nəfərin iştirakı ilə keçirilməsi və 4 gün davam etməsi nəzərdə tutulub. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlər iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün səsvermə günü səsvermə günü prosedurları ətraflı məlumat verilir.

Tədbir zamanı həmçinin, MSK-nın treninq qruplarının mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı praktiki məşğələlər keçirilir. Səslərin hesablanmasına xüsusi trafaretlərin istifadə qaydaları ilə bağlı MSK tərəfindən hazırlanan xüsusi video-klip nümayiş etdirilir, səsvermə günü prosedurları ilə bağlı müxtəlif aktual mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır".

Qeyd olunub ki, treninqlərin ikinci mərhələsi olan aşağı seçki komissiya üzvlərinin treninqlərinə sentyabrın 6-da başlanacaq: "Bu treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq, təqribən 10 gün davam edəcək. MSK-nın treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və treninqlərin kiçik qrup şəklində-hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirak ilə keçirilməsi nəzərdə tutulur.

Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlər, ümumilikdə, 30 minə yaxın seçki komissiyası üzvünü əhatə edir".

Qeyd edək ki, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin peşə hazırğının yüksəldilməsi, seçkilər (referendum) sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə mütəmadi şəkildə hər seçki dövründə keçirilən treninq layihəsinin əsası hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində qoyulub.

Mediainfo.az