Daxili işlər naziri istefa verib  - TÜRKİYƏDƏ

Daxili işlər naziri istefa verib - TÜRKİYƏDƏ

1 Sentyabr 2016 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə DİN rəhbəri Əfqan Ala istefa verib. Bunu Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.

Onun sözlərinə görə, daxili işlər naziri vəzifəsinə Əmək və Sosial müdafiə naziri Süleyman Soylu təyin olunub. Süleyman Soylunun yerinə isə onun müavini Mehmet Müezzinoğlu gətirilib.

İstefanın səbəbləri açıqlanmır. Qeyd edək ki, Əfqan Ala 2016-ci il, mayın 24-dən daxili işlər naziri vəzifəsində çalışırdı.

Mediainfo.az