Benzindaşıyan maşın "VAZ"la toqquşdu, yola 30 ton benzin dağılıb

Benzindaşıyan maşın "VAZ"la toqquşdu, yola 30 ton benzin dağılıb

2 Sentyabr 2011 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax rayonu, Salahlı kəndi yaxınlığında (rayon mərkəzindən 22 km aralı) qoşqusunda 30 ton yanacaq olan "Kamaz" markalı yük avtomobili "Vaz" markalı minik avtomobili ilə toqquşub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, nəticədə yük avtomobili çevrilib. Yük avtomobilinin qoşqusunda olan yanacaq ətrafa dağılıb, hər iki nəqliyyat vasitəsinin sürücüləri və minik avtomobilində olan sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən ətrafa dağılan yanacağın alışmasının qarşısını almaq məqsədilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.