Qanunsuz loto və totalizator oyunları keçirən obyektlər aşkar olunub

Qanunsuz loto və totalizator oyunları keçirən obyektlər aşkar olunub

2 Sentyabr 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin və 2 saylı Ərazi Vergilər İdarəsinin Sumqayıt şəhərinin müxtəlif yerlərində birgə keçirdiyi operativ nəzarət tədbirləri zamanı vətəndaş Əzizov Elşən Nurəddin oğlunun 13-cü mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən "Dəniz" kafesində, Rəsulov Rəşad Hafiz oğlunun 45-ci məhəllədə yerləşən obyektində, Əmrahlı Rüfət Fikrət oğlunun 9-cu mikrorayonda yerləşən obyektində, Quluyev Azər Aydın oğlunun 45-ci məhəllədə yerləşən "Kafe-777"-də, Soltanov Ceyhun Muxtar oğlunun Nizami küçəsi, 34-cü məhəllədə yerləşən "Göyərçin" kafesində, Tarverdiyev Elvir Sabir oğlunun 10-cu mikrorayonda yerləşən "Natavan" şadlıq sarayında və Məmmədov Pərviz Bəşir oğlunun Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Şəms market"in arxasındakı kafedə qanunsuz olaraq loto oyunlarının təşkil olunduğu aşkar edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vergi əməkdaşları tərəfindən həmin obyektlərdən 4 ədəd monitor, 5 ədəd monitor üçün kamera, loto kartları və daşları, kağız loto tablosu, loto kartlarında qeydiyyat kimi istifadə olunan dəmir halqa aşkarlanaraq götürülüb.

Digər operativ nəzarət tədbiri zamanı isə Sultanov Ədalət Gülməmməd oğlunun 42-ci məhəllədə yerləşən obyektində, Bayramov Orxan Elxan oğlunun "Roma çay evi 1" və Babayev Fuad Əlibaba oğlunun 4-cü mikrorayon, ev 14/19 ünvanda yerləşən "Roma çay evi 2" futbol klublarında qanunsuz olaraq totalizator tipli proqnoz oyunlarının təşkil olunduğu aşkar edilib. Həmin obyektlərdən ümumilikdə 2 ədəd noutbuk, 2 ədəd kompüter prosessoru, 1 ədəd loto oyunları üçün çek aparatı, 1 ədəd ştrix-kod aparatı, futbol kuponları, "qara" mühasibatlıq sənədləri aşkarlanaraq götürülüb. Vergilər Nazirliyi xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki və hüquqi şəxslər barədə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

Qanunsuz oyun keçirən şəxslər öz başlarına oyun açdılar.

Tofiq Əliyev

O.M.