Qəddafi tərəfdarlarını partizan müharibəsi aparmağa çağırıb

Qəddafi tərəfdarlarını partizan müharibəsi aparmağa çağırıb

2 Sentyabr 2011 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Müəmmər Qəddafi tərəfdarlarını Liviyanın əksər ərazilərinə nəzarət edən qiyamçılara qarşı partizan müharibəsi aparmağa çağırıb. "Gündən günə müqavimət artmalıdır, partizan müharibəsi aparmağa hazırlaşın. Bütün Liviya torpaqlarında müharibə getməlidir". Bunu Qəddafi audio müraciətində bildirib. Qəddafi deyib ki, paytaxt Tripolinin süqutundan sonra Sirt şəhəri "müqavimət paytaxtı" olub.

O, NATO-ya məsləhət görüb ki, Liviya şəhərlərinə hava zərbələri endirməsin. "Bombardmanlar Liviya xalqının müqavimətini qıra bilməyəcək. Bizim tərəfdarlarımız yaxşı silahlanıb, onlara qalib gəlmək mümkün olmayacaq", Qəddafi deyib.

Liviyada artıq, bıçaq sümüyə dirənib.

Tofiq Əliyev

O.M.