Ölkəmizdə bu il 124 274 şagird I sinfə gedəcək

Ölkəmizdə bu il 124 274 şagird I sinfə gedəcək

1 Sentyabr 2011 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, bu göstərici 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib.

Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib.

Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Uşaqlar bizim gələcəyimizdir. Gələcəksə elmlə gələcək.

Tofiq Əliyev

O.M.