Sabahdan havanın temperaturu yüksəlir

Sabahdan havanın temperaturu yüksəlir

1 Sentyabr 2011 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda isti hava şəraiti davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilir.

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 15-20, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Departamentin məlumatına görə, yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

GÜNƏŞ üzünüzə daim gülümsəsin...

Günel Həbib

O.M.