ABŞ tarixində ilk dəfə bir küçəyə Azərbaycan adı verilib

ABŞ tarixində ilk dəfə bir küçəyə Azərbaycan adı verilib

1 Sentyabr 2011 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ tarixində ilk dəfə olaraq, Hyuston şəhərində Turquoise Center adlanan bölgəsinin ən böyük küçəsinə Azərbaycan adı verilib. Bu barədə APA-nın Vaşinqton müxbiri xəbər verir.

Küçə Azərbaycan-Amerika Mədəniyyət Alyansının (AACA) təşəbbüsü, Turquoise Amerika və Avrasiya Şurasının dəstəyi ilə belə adlandırılıb.

Azərbaycan Diasporunun üzvləri deyirlər ki, onlar Azərbaycanı ABŞ-da tanıtmaq üçün səylərini davam etdirəcəklər.

Tofiq Əliyev

O.M.