Şahmatçılarımızdan heç biri  FİDE reytinqində ilk onluğa düşə bilmədi

Şahmatçılarımızdan heç biri FİDE reytinqində ilk onluğa düşə bilmədi

1 Sentyabr 2011 10:53
714
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Yeni reytinq siyahısı Azərbaycan şahmatçıları üçün uğursuz olub. Belə ki, reytinq siyahısının ilk onluğunda azərbaycanlı qrossmeysterin adına rast gəlinmir. Təmsilçilərimizdən ən yaxşı nəticəni aktivində 2756 xal olan Vüqar Həşimov göstərib. O, reytinq siyahısının 12-ci pilləsindədir. Aktivində 2752 xal olan Teymur Rəcəbov 13-cü, 2746 xala malik Şəhriyar Məmmədyarov isə on dördüncüdür. Rauf Məmmədov isə aktivində 2660 xalla reytinq siyahısının 86-cı pilləsindədir.

Uğura çatmaq üçün irəli getmək lazımdır, geriyə yox.

Tofiq Əliyev

O.M.