Paytaxtda üç maşın toqquşdu

Paytaxtda üç maşın toqquşdu

1 Sentyabr 2011 09:08
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Sabunçu rayonunda Mustafa Quliyevin idarə etdiyi "QAZ-3110" markalı avtomobil Elnur İbrahimova məxsus "Tofaş" markalı maşınla toqquşub. Daha sonra "Tofaş" "VAZ-2106" markalı başqa avtomobilə çırpılıb. "QAZ-3110"un xəsarət alan sürücüsü Mustafa Quliyev və maşında olan sərnişin Xəyala Quliyeva, o cümlədən "Tofaş"ın sürücü ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Hadisəyə səbəb kimi yolda aparılan təmir işləri və sürücülərin bunu nəzərə almaması göstərilir.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.