Pentaqon Azərbaycana 10 milyon dollar hərbi yardım ayırıb

Pentaqon Azərbaycana 10 milyon dollar hərbi yardım ayırıb

31 Avqust 2011 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Pentaqon Azərbaycana 10 milyon dollar məbləğində hərbi yardım ayırıb. APA-nın məlumatına görə, bu yardım Pentaqonun ayırdığı 44 milyon dollarlıq yardım paketinə daxildir. Yardım ayrılmış ölkələr sırasında Tunis, Malta, Litva və Macarıstan da var. Paket Pentaqon təmsilçiləri tərəfindən bəyənilərək, Konqresə göndərilib.

Vəsait ayrılmasında əsas məqsəd hərbi dəniz qüvvələrinin terrorla mübarizə imkanlarını gücləndirməkdir. Yardıma böyük olmayan katerlər, mühərriklər, təlimlərin keçirilməsi və s. daxildir.

Qeyd edək ki, Pentaqon hər il 3-4 istiqamətdə hərbi yardımlar ayırır. Bu ilin 43 milyon dollarlıq ilk yardım paketi Əfqanıstandakı hərbi əməliyyatlar üçün NATO və onun müttəfiqlərinə ayrılıb. 145.5 milyon dollarlıq ikinci yardım paketi isə "Əl-Qaida" ilə əlaqəli olan terrorçularla mübarizə məqsədilə əsasən Şimali Afrika ölkələrinə ayrılıb.

Terrora qarşı birgə mübarizə aparmaq lazımdır.

Tofiq Əliyev

O.M.