Pakistanda güclü partlayış: 11 nəfər ölüb

Pakistanda güclü partlayış: 11 nəfər ölüb

31 Avqust 2011 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın cənub-qərbindəki Kvetta şəhərində Ramazan bayramında güclü partlayış törədilib. Məscid qarşısında avtomobilin partladılması nəticəsində azı 11 nəfər ölüb, 20-dək insan yaralanıb. Partlayış nəticəsində yaxınlıqdakı binalar və onlarla avtomobilə ziyan dəyib. Terror aktına görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. Partlayışdan sonra bütün məscidlərin qarşısında əlavə polis dəstələri yerləşdirilib.

Terrorçular öldürülsə də, terror ölmür.

Tofiq Əliyev

O.M.