Yaponiya yenə silkələnib

Yaponiya yenə silkələnib

14 Aprel 2011 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın şimalında yenidən 6.1 bal gücündə zəlzələ baş verib. ABŞ-ın Geofizika İnstitutundan verilən açıqlamada okeanın 11.2 kilometrliyində meydana gələn zəlzələdə dağıntının qeydə alındığı bildirilib. Zəlzələnin ardından sunami təhlükəsinin olmadığı qeyd olunub.

Mütəxəssislər 11 martdan sonra 500-ə qədər belə zəlzələnin baş verdiyini və dağıntıların qeydə alınmadığını bəyan ediblər.

Qeyd edək ki, 11 martda baş verən zəlzələ və sunami nəticəsində 28 mindən çox adam ölmüş və böyük dağıntılar olmuşdu.

Yaponiya nehrə kimi çalxalanır. Yağı üzə çıxıb, ayranı dibə çöküb. İndi bütün dünya alimləri, ictimai xadimləri, siyasətçiləri bu hadisənin fonunda müxtəlif bəyanatlar verərək gündəmə gəlirlər. Ölən, xəsarət alan isə həmişəki kimi sadə insanlar olub.

Elvin Babayev

O.M.