Abşeronda "VAZ-2107" və "Opel Vektra" toqquşdu

Abşeronda "VAZ-2107" və "Opel Vektra" toqquşdu

31 Avqust 2011 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonu ərazisində, Bakı şəhər sakinləri Anar Yunisovun idarə etdiyi "VAZ-2107" markalı və Anar Abdiyevin idarə etdiyi "Opel Vektra" markalı avtomaşınlar toqquşub. Nəticədə A.Yunisovun sərnişini Vüsal Vəliyev hadisə yerində ölmüş, xəsarət almış özü, habelə A.Abdiyev və sərnişini Lyudmila Həşimova xəstəxanaya yerləşdirilmişlər. A.Abdiyevə tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Sürücülər yola çıxarkən unutmamalıdırlar ki, onların yolunu gözləyən var.

Tofiq Əliyev

O.M.