Kürdəmirdə ağır yol qəzası: 2 nəfər öldü, 2 nəfər yaralandı
Kürdəmir rayonu ərazisində, Bakı-Qazax yolunun Kürdəmir rayonu Atakişili kənd ərazisindən keçən 201,5-ci km-də Şəmkir rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədov Toğrul Xanbaba oğlu Bakı şəhər istiqamətində idarə etdiyi "Tofaş-Şahin" markalı, 10 MT 584 dövlət qeydiyyat nişanlı minik avtomobili yolun sol yan hissəsi ilə qabaqda eyni istiqamətdə hərəkət edən Qəbələ rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Əzrullah Həsən oğlunun idarə etdiyi "KamAZ-5511" markalı, 10 TP 269 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxası ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər - Yevlax rayon sakini, 1967-ci il təvəllüdlü Hacıyeva Faiqə Xanbaba qızı və Şəmkir rayon sakini, 1971-ci il təvəllüdlü Əsgərova Fərqanə Əlif qızı hadisə yerində ölüb, sürücü Toğrul Məmmədov və digər sərnişin - Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədova Sara Xanbaba qızı isə xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apar bilər.
Tofiq Əliyev
O.M.





























































.jpg)
.jpg)
.jpg)


























