Suriyanı üsyan dalğası bürüyüb

Suriyanı üsyan dalğası bürüyüb

14 Aprel 2011 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada da üsyan dalğası yayılmağa başlayıb. Belə ki, günlərdir Bəşər Əsədə qarşı çıxış edən müxalifətçilərin Beyza şəhərində həbs olunması, ölkənin ikinci böyük şəhəri Hələbdə də etirazların başlamasına səbəb olub.

Suriyada insan haqlarını qoruyan təşkilatın sədri Rami Əbdürrəhman 5 min qadından ibarət kütlənin Beyza şəhərində oturaq aksiya keçirdiyini bildirib.

Bundan başqa Hələb universitetinin tələbələri Daraa və Beyza şəhərinə dəstək olduqlarını bildiriblər. Mitinq polisin müdaxiləsindən sonra dağıdılıb və 4 nəfər həbs olunub.

Bəşər Əsəd islahatlar aparacağına söz versə də, hələ də ləngiyir. Burada yaxşı deyiblər: "yalançının evi yandı, heç kim inanmadı".

Elvin Babayev

O.M.