Kütləvi etirazlar başlayandan Liviyada 50 min nəfər həlak olub

Kütləvi etirazlar başlayandan Liviyada 50 min nəfər həlak olub

31 Avqust 2011 10:39
671
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Keçid Şurasının təmsilçisi, polkovnik Hişam Buhagiar Tripolidə açıqlama verərkən bildirib ki, bu ilin fevralında Liviyada Müəmmar Qəddafi rejiminə qarşı kütləvi xalq etirazları başlayandan 50 min nəfər həlak olub. Qiyamçılar əvvəllər 20 minə yaxın insanın həlak olduğunu bildirirdi.

"Misrata və Zlitanda 15-17 min həlak olub, dağlıq Cəbəl-Nafus massivində gedən döyüşlərdə də çoxlu sayda insan həyatını itirib. Biz 28 minədək məhbusu azad etmişik. Biz həmçinin hesab edirik ki, itkin düşənləri də həlak olmuş saymaq olar", - deyə polkovnik vurğulayıb.

Qeyd edək ki, polkovnik Buhagiar bir həftə əvvəl Tripolini nəzarətə götürmüş qoşunların komandanıdır.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.

Tofiq Əliyev

O.M.