Xaçmazda ağır yol qəzası

Xaçmazda ağır yol qəzası

31 Avqust 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmazda, Qəndob-Yalama yolunun 30-cu kilometrliyində 10 VS 785 və 10 VM 312 dövlət nömrə nişanlı, "Mercedes" markalı iki avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdəki sərnişinlərdən biri, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Yunusov Faiq Natiq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobillərdə olan digər şəxslər - Bakı şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məlikov Faiq Şahin oğlu, 1981-ci il təvəllüdlü Məmmədov Kamil Vahid oğlu, 1986-cı il təvəllüdlü Balayev Məhəmməd Məhərrəm oğlu, Quba rayon sakini 1979-cu il təvəllüdlü Talıbov Rahib Ənvər oğlu və Mingəçevir şəhər sakini 1982-ci il təvəllüdlü Əzizov Pərviz Namaz oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Sürmə 100, yaşa 100.

Tofiq Əliyev

O.M.