Qəddafinin qəddar gəlini

Qəddafinin qəddar gəlini

30 Avqust 2011 17:00
864
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün dünyanı öz inadı ilə heyrətə gətirən Liviya lideri Müəmmar Qəddafinin ailə üzvləri də dünya ictimaiyyətini heyrətləndirməkdə davam edir. Liviya üsyançıları Qəddafinin oğlu Hannibalın Tripoli şəhəri ətrafındakı malikanədə gördüklərindən dəhşətə gəliblər. Onlar evdə Qəddafilər tərəfindən zülm və zorakılığa məruz qalan efiopiyalı 30 yaşlı Şveyqa Mullahı aşkar ediblər. Şveyqa Mullah 3 ay əvvəl dayəlik etdiyi Hannibalın körpələrinin ağlamasına mane olmadığı və onları döyməkdən imtina etdiyi üçün Müəmmar Qəddafinin gəlini Alina tərəfindən işgəncəyə məruz qalıb. Bədbəxt qadın Alinanın onu hamamda əl və ayaqlarını bağlayaraq başından qaynar su axıtdığını bildirib.

Gördüyü işgəncədən sonra zavallı qadının baş dərisi soyulmuş, bədənində isə ağır yanıq xəsarətləri əmələ gəlmişdi. Ancaq Qəddafinin gəlini etdiyi işgəncələri davam etdirərək dayəyə 3 gün ərzində yemək verilməsini qadağan edib. Sonradan qadının xəstəxanaya yerləşdirildiyini eşidən Alina dayəni xəstəxanadan çıxarmağına nail olaraq ona yemək verənləri "eyni aqibəti sizə də yaşadaram" deyərək hədələyib. Qəddafinin oğlunun malikanəsinin bir otağında dəhşətli dram yaşanarkən, digər bir otaqda isə hər birinin qiyməti bir neçə yüz dollar olan şərab şüşələri saxlanırmış.

Gəlin ocağa gələr, deyiblər.

Hafiz Əhmədov

O.M.