Ermənilər müasir zenit-raket kompleksləri almaq niyyətindədir

Ermənilər müasir zenit-raket kompleksləri almaq niyyətindədir

30 Avqust 2011 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan gələcəkdə S-400 zenit-raket komplekslərini ala bilər. Ermənistan mətbuatının yazdığına görə, bu barədə jurnalistlərə açıqlamasında bu ölkənin müdafiə naziri Seyran Ohanyan məlumat verib. Rusiya ilə bu istiqamətdə danışıqların aparılıb-aparılmaması ilə bağlı konkret bir söz deməyən nazir təkcə onu qeyd edib ki, Ermənistan hər il hava hücumundan müdafiə sistemlərini təkmilləşdirir.

Lakin nədənsə Ohanyan bu "təkmilləşmə" üçün külli miqdarda vəsaitin haradan alındığını deməyib. Nəzərə alsaq ki, Ermənistan büdcəsi güclə "nəfəs" alır, müasir sistemlərin Moskvadan hədiyyə veriləcəyi ehtimalı ortaya çıxır. Belə olan halda Qarabağ nizamlanmasında vasitəçi qismində çıxış edən Rusiyanın məqsədyönlü şəkildə münaqişə tərəflərindən birini silahlandırması yenidən gündəmə gəlir. Bu isə artıq başqa söhbətin mövzusudur.

Məlumat üçün bildirək ki, S-400 dünyada şöhrət qazanmış S-300 komplekslərinin bazasında yaradılıb. Lakin texniki imkanlarına görə xələfindən qat-qat üstündür.

Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. (Aleksandr Düma)

Hafiz Əhmədov

O.M.