Kopenhagendə məscid atəşə tutulub

Kopenhagendə məscid atəşə tutulub

30 Avqust 2011 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Danimarkanın paytaxtı Kopenhagendə məscid atəşə tutulub, nəticədə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Hadisə Amerikavay küçəsində Vesterbro qəsəbəsində baş verib. Maşınla keçən naməlum şəxs məsciddən çıxanları atəşə tutub.

Hüquq mühafizə orqanları hadisə yerində gələrək şahidləri dindirməyə başlayıblar. Kopenhagen polisinin nümayəndəsi Qunnar Neraqerunun sözlərinə görə, hücum edənlər hadisə yerindən qaça biliblər. Hələlik, heç kimi saxlamaq mümkün olmayıb. Məsciddə minə yaxın adam olub. Onlar Ramazan bayramı münasibətilə namaz qılırmışlar.

Allah evini atəşə tutanların cəzasını Allah özü verəcək.

Tofiq Əliyev

O.M.