Suriyada bu səhər 7 nümayişçi öldürülüb

Suriyada bu səhər 7 nümayişçi öldürülüb

30 Avqust 2011 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın bir sıra şəhərlərində bayram ibadətindən sonra nümayişlər keçirilib. Əl-Cəzirə kanalı bu barədə xəbər yayıb. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalarda 7 nəfər ölüb. Onlardan 6-sı Deraa, biri isə Homs şəhərinin sakinidir. Suriya təhlükəsizlik qüvvələrinin Deyr əz-Zor şəhərində də nümayişçilərə atəş açdığı xəbər verilir. Anti-hökumət nümayişləri İdlib, Həma və paytaxt Dəməşqdə də keçirilib.

Xalqın tökülən qanları bihudə gedərmi?!

Tofiq Əliyev

O.M.